29 
Dek
2024
14:30
420

Aksiyada etirazçılarla polis arasında qarşıdurma olub, bir neçə nəfər saxlanılıb

Parlamentin qarşısında aksiya iştirakçıları ilə polis arasında qarşıdurma olub.

InterPress.ge xəbər verir ki, polis etirazçıları  saxlayıb.

Bundan əvvəl polis aksiya iştirakçılarını səkiyə doğru hərəkət etməyə və nəqliyyatın hərəkətini məhdudlaşdırmamağa çağırıb.

Məlumata görə, vətəndaşlar asayiş keşikçilərinə tabe olsalar da, bir neçə nəfər qəfil saxlanılıb. Hazırda saxlanılanların olduğu avtomobillərin hərəkətinə vətəndaşlar icaze verməyib.

Qarşıdurma zamanı şəxslərdən biri yaralanıb. Hazırda ona ilkin tibbi yardım göstərilir. Mitinq iştirakçıları səkilərdə qalır və aksiya davam edir.

Bizimlə əlaqə saxlayın