ABŞ-da TikTok bağlandı
ABŞ-da TikTok sosial platforması yeni qadağa qanununun qüvvəyə minməsinə bir neçə saat qalmış bağlanıb.
InterPress.ge xəbər verir ki, tətbiqdə qeyd edilən bildirişdə, TikTok-a tətbiq edilən qadağanın qüvvəyə mindiyi və nəticədə istifadəçilərin tətbiqi artıq istifadə edə bilməyəcəyi yazılıb.
"Şükürlər olsun ki, Prezident Donald Tramp bizə bildirdi ki, o, vəzifəsini tutmağa başladığı andan etibarən TikTok-u bərpa etmək üçün bizimlə əməkdaşlıq edəcək, ", - deyə bildirişdə qeyd olunub.
Bundan əlavə, istifadəçilər qeyd edirlər ki, TikTok artıq həm Apple Store, həm də Google Play Store-da mövcud deyil.
Xatırladırıq ki, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp, vəzifəsini rəsmi olaraq tutduqdan sonra TikTok-un qadağasının tətbiqinin 90 günə qədər təxirə salınacağı ehtimalını açıqlamışdı.


