BMT ekspertləri: “Gürcüstanda bütün qanunsuz həbs edilənlər azad edilməli və polis zorakılığı araşdırılmalıdır”
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının Ofisi Gürcüstanda baş verən hüquq pozuntuları ilə bağlı bəyanat yayıb.
InterPress.ge xəbər verir ki, hesabat müstəqil ekspertlər tərəfindən hazırlanıb.
Hesabatda bildirilir ki, Gürcüstanda təhlükəsizlik qüvvələri və kimlikləri müəyyən olmayan şəxslər tərəfindən sülh yolu ilə keçirilən etiraz aksiyalarında iştirak edənlərə, insan hüquqları müdafiəçilərinə və jurnalistlərə qarşı fiziki zorakılıq, təhdid, hədə-qorxu və intiqam alma halları müşahidə olunub.
Müstəqil ekspertlər etirazçılara və sonradan həbs edilən şəxslərə qarşı tətbiq edilən zorakılığın işgəncə və digər qəddar, insanlıqdan kənar rəftar kimi qiymətləndirilə biləcəyini bildirir. Hesabatda, bu zorakılıqların tək bir hadisə olmadığını, əslində təşkilatlanmış və məsuliyyətli şəxslərin hərəkətləri ilə bağlı ola biləcəyinə işarə edilir.
Bundan əlavə, həbs edilən şəxslərə qarşı təhqir edildiyi, uzun müddət döyüldüyü, təcavüzlə və ya fiziki zədələrlə hədələndikləri və tibbi yardımın rədd edildiyi barədə məlumatlar olduğu bildirilir.
Hesabatda, Gürcüstanın müvafiq orqanları tərəfindən baş vermiş hadisələrin araşdırılması başlanıldığı, lakin hələ də heç bir nəticə əldə edilmədiyi vurğulanır. Bir çox etirazçının hələ də həbsdə qalması qeyd edilir.
Müstəqil ekspertlər Gürcüstan hökumətindən beynəlxalq standartlara uyğun, müstəqil və obyektiv bir araşdırma aparılmasını və qanunsuz həbs edilən şəxslərin dərhal azad edilməsi, ehtiyac duyanlara isə tibbi yardım göstərilməsi tələbini irəli sürürlər.


