İlon Mask: "Azadlıq Radiosu" və "Amerikanın Səsi" bağlanmalıdır!
Amerikalı iş adamı və ABŞ Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask, "Azadlıq Radiosu" və "Amerikanın Səsi" media korporasiyalarının bağlanmasını təklif edib.
InterPress.ge xəbər verir ki, bu barədə Mask sosial şəbəkə X-dəki hesabında yazıb.
Mask bildirib ki, bu qurumları artıq heç kim dinləmir və onları "radikal solçu dəli" adlandırıb. O, həmçinin qeyd edib ki, bu media orqanları hər il Amerika vergi ödəyicilərinin 1 milyard dollarını israf edir.
Qeyd edək ki, "Azadlıq Radiosu" və "Amerikanın Səsi" ABŞ hökuməti tərəfindən maliyyələşdirilən media qurumlarıdır. Bu təşkilatlar ABŞ-ın xarici siyasətini və dəyərlərini təbliğ etmək məqsədi daşıyır.
Maskın bu bəyanatı geniş müzakirələrə səbəb olub və müxtəlif reaksiyalar doğurub.


