08
Apr
2025
12:57
214
yuxarı
Prezident yeni seçilmiş parlamentin ilk iclasını artıq açmayacaq – yeni reqlament layihəsi parlamentdə təqdim olunub
Gürcüstan parlamenti yeni reqlamentin qəbuluna hazırlaşır.
InterPress.ge xəbər verir ki, layihəyə əsasən, bir sıra prosedurlar yenidən tənzimlənəcək, o cümlədən yeni seçilmiş parlamentin ilk iclasının keçirilməsi qaydaları da dəyişəcək.
Hazırda qüvvədə olan reqlamentə görə, parlamentin ilk iclasını prezident açır. Prezident iştirak etmədiyi halda, bu səlahiyyət parlamentin ən yaşlı deputatına keçir. Lakin yeni reqlamentin layihəsi bu qaydanı deyişəcək.
Yeni layihəyə əsasən:
- Yeni seçilmiş parlamentin ilk iclası seçkilərin rəsmi nəticələrinin elan edilməsindən gec olmayaraq 10-cu gün keçiriləcək.
- Bu iclası təyin etmək hüququ prezidentə məxsus olacaq.
- Əgər prezident ilk iclasın tarixini müəyyən etməzsə, parlament 10-cu gün saat 12:00-da avtomatik olaraq toplanacaq.
- İlk iclası prezident deyil, ən yaşlı deputat açacaq və parlament sədrinin seçilməsinə qədər iclasa sədrlik edəcək.
Yeni reqlament layihəsi artıq parlamentdə təşəbbüs kimi qeydiyyatdan keçib və onun 2025-ci il 1 iyuldan qüvvəyə minməsi planlaşdırılır. Layihənin qəbulundan sonra 2018-ci ildə təsdiqlənmiş hazırkı reqlament hüquqi qüvvəsini itirəcək.
Bizimlə əlaqə saxlayın
Digər xəbərlər
Qadın evində qətlə yetirilib – bir nəfər saxlanılıb
01.09.2026 10:52
192
Gürcüstanda sentyabrın 1-dən bir sıra yeni qaydalar qüvvəyə minir – əsas dəyişikliklər
01.09.2026 10:24
401
Məktəbli formalarının satışı sentyabrın 1-dən başlayır – ölkə üzrə 83 satış məntəqəsi fəaliyyət göstərəcək
31.08.2026 23:02
179
1 sentyabrdan 60 yaşdan yuxarı şəxslərin bəzi kart əməliyyatlarına nəzarət gücləndirilir
31.08.2026 15:25
345
Gürcüstanda yağışlı hava nə vaxta kimi davam edəcək?
31.08.2026 14:33
341
Şalva Papuaşvili: Regional siyasət üzrə dövlət naziri vəzifəsinin yaradılmasına ehtiyac qalmadı
31.08.2026 12:34
160
İyulda Gürcüstan iqtisadiyyatı 8% artıb
31.08.2026 11:23
128
Gürcüstanda sürücülərin 64 faizi vəsiqəsində 100 balı tam qoruyub saxlayıb
31.08.2026 11:21
199
Ermənistan Azərbaycandan elektrik enerjisi idxal etmək imkanını nəzərdən keçirir
31.08.2026 11:04
170
Balıq tutarkən 31 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində həyatını itirdi
30.08.2026 23:01
406
Faciəvi hadisə zamanı 15 yaşlı yeniyetmə həyatını itirdi
30.08.2026 22:57
1346
Marneulidə azyaşlılar arasında bıçaqlanma hadisəsi baş verdi
30.08.2026 16:07
1243


