07 
Avq
2025
22:55
322

Tbilisidə etiraz aksiyası başlayıb

Tbilisidə, Rustaveli prospektində etiraz aksiyası davam edir.

InterPress.ge xəbər verir ki, bu gün etirazların 253-cü günündə iştirakçılar bir daha parlament binası qarşısında toplaşıblar.

Aksiya səbəbilə Rustaveli prospektində avtomobil hərəkəti məhdudlaşdırılıb.

Etirazçıların tələbləri dəyişməz olaraq qalır: yeni parlament seçkilərinin təyin olunması və etirazlar çərçivəsində saxlanılan şəxslərin azadlığa buraxılması.

Aksiyaya həmçinin Qəhrəmanlar Meydanından yürüşlə gələn digər iştirakçılar da qoşulublar. Onlar əvvəlcə Qəhrəmanlar memorialı önündə toplanaraq müharibədə həlak olanlara ehtiramlarını bildiriblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər