18 
Avq
2025
18:07
369

Ədliyyə Evinin filiallarında texniki nasazlıq səbəbindən xidmətlər dayandırılıb

Gürcüstanda Ədliyyə Evinin filiallarında bir sıra xidmətlərin göstərilməsində problemlər yaranıb.

InterPress.ge xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Qurumun yaydığı məlumata görə, səbəb qlobal texniki nasazlıqdır.

Rəsmi açıqlamaya əsasən, nasazlıq səbəbindən SİİP “İctimai Reyestrin Milli Agentliyi”, SİİP “İcra Milli Bürosu” və SİİP “Gürcüstan Notariuslar Palatası”nın xidmətləri müvəqqəti olaraq dayandırılıb. Eyni zamanda, notariat bürolarında da xidmətlərin göstərilməsi ilə bağlı çətinliklər müşahidə olunur.

Xətanın aradan qaldırılması üçün intensiv işlər aparılır. Xidmətlərin bərpası ilə bağlı məlumat Ədliyyə Evinin rəsmi “Facebook” səhifəsində yerləşdiriləcək. Yaranmış narahatlığa görə üzr istəyirik”, – qurumun açıqlamasında bildirilib.

Hazırda problemin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər