Forbes-in ən yaşlı və ən gənc milyarderləri açıqlandı
Forbes-in 23 sentyabr tarixinə açıqladığı reytinqə görə, milyarderlər arasında artıq 100 yaşı adlamış üç şəxs də yer alır. Onlar öz sərvətləri ilə yanaşı, uzunömürlülükləri ilə də seçilirlər.
InterPress.ge xəbər verir ki, dünyanın ən yaşlı milyarderlərinin onluğu belə formalaşıb:
-
Corc Cozef – 104 yaş, 2.4 milyard ABŞ dolları;
-
Robert Kuok – 101 yaş, 12.9 milyard ABŞ dolları;
-
Stiven Yarislovski – 100 yaş, 1.7 milyard ABŞ dolları;
-
Alis Şvars – 99 yaş, 2.1 milyard ABŞ dolları;
-
Nobutoşi Şimamura – 99 yaş, 2 milyard ABŞ dolları;
-
Bernard Luis – 99 yaş, 1.5 milyard ABŞ dolları;
-
Jan Kutu – 98 yaş, 3.6 milyard ABŞ dolları;
-
Vilma Tiş – 98 yaş, 2 milyard ABŞ dolları;
-
Li Ka-şin – 97 yaş, 40.7 milyard ABŞ dolları;
-
Lin Şu-hon – 97 yaş, 4 milyard ABŞ dolları.
Reytinqə görə, dünyanın ən gənc milyarderi isə 20 yaşlı Yohan fon Baumbax olub. Onun sərvəti 5.8 milyard ABŞ dolları təşkil edir.


