08 
Okt
2025
14:36
1129

Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi - Güclü yağış, dolu və fırtına gözlənilir

9 oktyabrdan 11 oktyabr günortayadək ölkə ərazisində yağışlı hava şəraiti hökm sürəcək. Bəzi bölgələrdə şimşək, dolu və güclü külək müşahidə olunacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Ətraf Mühit Milli Agentliyi məlumat yayıb.

Məlumata əsasən, Qara dənizdə 4–6 ballıq fırtına da gözlənilir.

“Gözlənilən yağıntılar Gürcüstanın çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, həmçinin dağlıq və təpəlik ərazilərdə torpaq sürüşməsi və sel hadisələrinin yaranmasına səbəb ola bilər. Təhlükə səviyyəsi yüksəkdir,” – deyə Agentliyin açıqlamasında qeyd olunur.

Meteoroloqlar vətəndaşlara ehtiyatlı olmağı və hava şəraiti ilə bağlı xəbərdarlıqları diqqətlə izləməyi tövsiyə edirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər