09 
Nybr
2025
11:46
877

Elmuraz Məmmədovla əlaqəli daha iki nəfər saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Qardabani rayon polis şöbəsinin əməkdaşları qəsdən adam öldürməyə cəhd və qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə ittihamı ilə iki nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

İstintaqın gedişinə əsasən, beynəlxalq axtarışda olan kriminal avtoritet Elmuraz Məmmədov Qardabani rayonunda yaşayan fermerə “kriminal aləm” adından 200 000 ABŞ dolları tələb edib və bu məbləği ödəmək üçün üçgünlük müddət verib. Məmmədov fermerə ailə üzvlərinə qarşı fiziki zorakılıq və ölüm təhdidi ilə hədə-qorxu gəlib.

Müddət bitdikdən sonra fermerin oğlu ailəyə məxsus avtomobillə hərəkətdə olarkən, naməlum şəxslər tərəfindən atəşə tutulub, lakin hadisə nəticəsində xəsarət alan olmayıb.

Polis hadisədən dərhal sonra əməliyyat tədbirləri həyata keçirərək cinayəti törədən şəxslərin kimliyini müəyyənləşdirib. Nəticədə 1994-cü il təvəllüdlü T.X. və 2001-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş N.İ. saxlanılıb. 1985-ci il təvəllüdlü Ş.M. isə axtarışdadır.

Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci (qəsdən adam öldürməyə cəhd) və 236-cı (qanunsuz silah əldə etmə və saxlama) maddələri ilə aparılır.

Nazirliyin məlumatına görə, bu cinayətlər üçün 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər