Viktor Orban: Avropa İttifaqının 2030-cu ilə qədər müharibəyə cəlb olunması planı var
Macarıstanın Baş naziri Viktor Orban Sombatxey şəhərində keçirilən “müharibə əleyhinə mitinq”də çıxışı zamanı bildirib ki, mövcud planlara əsasən Avropa İttifaqı 2030-cu ilə qədər müharibəyə cəlb olunacaq və Aİ ölkələrinin əhalisi buna hazırlıq görür.
Orbanın sözlərinə görə, Brüssel bütün üzv dövlətlərə müharibədə iştirak etmələri üçün təzyiq göstərəcək.
Baş nazir qeyd edib ki, Avropa İttifaqı müharibə iqtisadiyyatına keçidi elan edib və bu səbəbdən 2026–2030-cu illər dövrü insanların həyatı üçün ən təhlükəli mərhələ olacaq. Onun sözlərinə görə, 2026-cı il müharibədən əvvəl keçiriləcək son seçkilərdir və məhz buna görə müharibə əleyhinə mitinqlər təşkil olunur.
Viktor Orban vurğulayıb ki, Brüssel bütün üzv dövlətləri müharibəyə cəlb etmək üçün təzyiq göstərəcək və məhz buna görə də Macarıstan üçün əsas rəqib Brüsseldir, 27 üzvü olan “Tisa” partiyası deyil.


