Dahi Şəxsiyyətin İşıqlı Yolu: Heydər Əliyev və Müasir Gənclik
Bu gün təqvimdə 10 may tarixidir — Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü. Bu tarix sadəcə bir dövlət xadiminin doğum günü deyil, həm də bir millətin dirçəliş fəlsəfəsinin, sarsılmaz dövlətçilik ənənəsinin bayramıdır. Gürcüstanda yaşayan bir azərbaycanlı gənc olaraq, hər iki ölkənin dəyərlərini daşımaqdan qürur duyuram.
Heydər Əliyevin fəaliyyətində gənclər siyasəti hər zaman prioritet istiqamət olub. Onun "Azərbaycanın gələcəyi gənclərin əlindədir" kəlamı illər keçsə də, öz aktuallığını itirmir. O, biz gənclərə sadəcə bir kütlə kimi deyil, dövlətin intellektual və mənəvi potensialı kimi yanaşırıdı. Bu gün Azərbaycan gəncinin həm ölkə daxilində, həm də beynəlxalq arenada öz sözünü deməsi məhz o illərdə qoyulan möhkəm təməlin nəticəsidir. Təhsil, mədəniyyət və elm sahəsində atılan addımlar bizə öz milli identliyimizi qoruyaraq qlobal dünyaya inteqrasiya etmək gücü verdi.
Bu gün biz, müasir Azərbaycanın və Gürcüstanın gəncləri olaraq, bu irsi yaşatmalı və daha da irəli aparmalıyıq. Müasir dövr bizdən daha kreativ, daha savadlı və daha təşəbbüskar olmağı tələb edir. Heydər Əliyev şəxsiyyəti bizə çətinliklərdən qorxmamağı, vətəni sevməyi və hər zaman inkişafa can atmağı öyrətdi.
Mən inanıram ki, biz öz fəaliyyətimizlə, təhsilimizlə və yaradıcılığımızla Azərbaycan və Gürcüstan arasındakı bu qardaşlıq bağlarını daha da möhkəmləndirəcəyik. Bu, bizim tariximizə və o tarixi yaradan dahi şəxsiyyətin ruhuna olan ən böyük ehtiramımızdır.
Xatirəsi qəlbimizdə əbədi yaşayacaq, ideyaları isə hər zaman yolumuzu işıqlandıracaqdır.
Müəllif: Arzu Əliyeva


