Çindən kənarda koronavirusa yoluxanların sayı yeddi min nəfəri ötdü
Ümumdünya Səhiyyə Təşkilatı son gün ərzində Çindən kənarda koronavirusa 1 160 yoluxma hadisəsini aşkarlayıb.
Bu barədə InterPress.ge RİA “Novosti”yə istinadən xəbər verir.
Məlumata görə, bununla da Çindən kənarda koronavirusa yoluxanların ümumi sayı 7 169 nəfərə çatıb.
Təşkilatın saytında dərc edilmiş hesabatda bildirilir ki, artıq Çindən kənarda 58 ölkədə koronavirusa yoluxma qeydə alınıb. Virusdan ölənlərin sayı 104-ə çatıb.
Son gün ərzində virusa yoluxma daha bir neçə ölkədə - Ekvadorda, İrlandiyada, Monakoda və Qətərdə aşkarlanıb.
Son məlumatlara görə, Çində virusa yoluxanların sayı 79 968 nəfərdir. Bu ölkədə 2 873 nəfər virusun qurbanı olub. Dünyada koronavirusa yoluxanların ümumi sayı 87 137 nəfər təşkil edir.