01 
Okt
2026
11:44
63

Gürcüstan 2027-ci ildə xarici dövlət borcuna 2,284 milyard lari ayıracaq

Gürcüstanın 2027-ci il dövlət büdcəsində xarici dövlət öhdəliklərinin xidmət göstərilməsi və borcların ödənilməsi üçün 2 milyard 284 milyon 300 min lari vəsait nəzərdə tutulub.

InterPress.ge xəbər verir ki, gələn ilin büdcə layihəsinə əsasən, əsas borcun ödənilməsi üçün 1 milyard 490 milyon lari ayrılacaq. Bunun 473 milyon 800 min larisi ikitərəfli kreditlərə, 1 milyard 16 milyon 200 min larisi isə çoxtərəfli kreditlərə yönəldiləcək.

Büdcə layihəsinə əsasən, faiz ödənişləri üçün 794 milyon 300 min lari nəzərdə tutulub. Bu vəsaitin 86 milyon 800 min larisi ikitərəfli kreditlərə, 638 milyon 300 min larisi çoxtərəfli kreditlərə, 69 milyon 200 min larisi isə dövlət tərəfindən buraxılmış xarici qiymətli kağızlara xidmət göstərilməsinə ayrılacaq.

Qeyd edək ki, 2027-ci ilin dövlət büdcəsi layihəsi artıq parlamentə təqdim edilib. Maliyyə sənədinin müzakirəsinə gələn həftədən başlanılacaq.

Bizimlə əlaqə saxlayın