11 
Apr
2020
23:42
1559

Marneulidə sərt karantin rejiminin 20-ci günü - Marneulidə gedən proseslər

Marneulidə mövcud vəziyyəti nəzərə alaraq, virusun qarşısını almaq məqsədilə keçirilən profilaktik tədbirlər fəal rejimdə davam edir.

InterPress.ge xəbər verir ki, termoskrininqin ikinci mərhələsində, artıq 20 000-dən çox vətəndaş hərarət müayinəsindən keçib.

Məlumata görə, yoxlanış zamanı vətəndaşlarda tempiratura yüksəlməsi müşahidə edilən zaman Marneulinin Qızdırma Mərkəzinə göndərilirlər.

Termoskrininq, Munisipalitet miqyasında - tibb nümayəndələri və yerli özünüidarəetmə mütəxəssislərinin iştirakı ilə həyata keçirilir.

Tibbi araşdırmalarla yanaşı, virusun qarşısının alınması tədbirləri çərçivəsində, həssas qruplar məhsul və dərmanlarla təmin olunur.

Meriya təeəfindən verilən məlumatada qeyd olunur ki, sosial layihə çərçivəsində, bu mərhələdə 7 000-dən çox ailə razı qalıb.

Həmçinin, kəndlərdə və şəhərin küçələrində, avtomobil hərəkət edərək, gürcü, azərbaycan və erməni dillərində avtomobillırdə yerləşdirilən səsgücləndirici vasitəsi ilə əhaliyə mövcud vəziyyətlə bağlı xəbər və tövsiyələr verən məlumat xarakterli kampaniya keçirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər