16 
Apr
2020
10:57
1366

Gürcüstanda bu gün 30 nəfərdə yeni növ koronavirus aşkarlandı

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxma hallarının sayı 336-a çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında (stopcov.ge) məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 5000, stasionar müalicədə isə 494 nəfər var. Virusa yoluxmuş şəxslərdən 3 həyatını itirib, 74 nəfəri isə artıq sağalıb.

Bizimlə əlaqə saxlayın