Bolnisinin Muşevani (Dəllər) kəndində son vəziyyət - FOTO
Bolnisi rayonunun Muşevani kəndindən on nəfər koronavirus yoluxmuş insanın xəstəxanaya yerləşdirilməsi mümkün olub.
InterPress.ge xəbər verir ki, bu haqda parlament deputatı Qogi Meşveliani məlumat verib.
Qogi Meşveliani bildirib ki, təxminən bir saat davam edən danışıqlar, yoluxmuş şəxslərin klinikalara aparılacağı barədə razılaşma ilə başa çatdı.
“Dünənki hadisə başa çatdı, yoluxmuş on nəfərin hamısı təxliyə edildi. Etirazın əsas səbəbi odur ki, bu insanların heç birində simptomlar yox idi, özlərini xəstə hesab etmirlər. Tibb müəssisəsinə aparılmasına bəzi etirazları var idi. Buna əlavə olaraq yerli camaatın müəyyən hissəsinin alkoqol təsiri altında olması və onların etirazı, aralarında şifahi təhqir və müəyyən aqressiv hərəkətlərdə özünü göstərən güclü bir xarakter alması faktı ortaya çıxdı. Zərərçəkənlərimiz olmasa da, heç kim fiziki cəhətdən zorlanmadı.
Bu gün yerli rəhbərlik və hüquq mühafizə orqanları ilə birlikdə bu ailələrə baş çəkdik və vəziyyəti ətraflı izah etdik. Onları müalicəyə aparmağa razı oldular. Epidemiologlar və həkimlər işlərini davam etdirəcəklər, bu insanların bütün təmasları artıq bilinir və araşdırılır, müayinələr bu kəndlərdə davam etdiriləcək ”dedi Gogi Meşveliani.
İctimai televiziya bildirir ki, yoluxmuşlara Gürcüstanın ən yaxşı klinikasında müalicə keçmək təklif olunub. Eyni zamanda, ailə üzvlərini ayırmamağa söz veriblər
Qeyd edək ki, dünənki hadisə ilə əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsi - "əşyanın dağıdılması və ya məhv edilməsi" maddəsi ilə istintaq başladıldı.




