04 
May
2020
15:22
3947

5 may tarixindən hansı tipli məhdudiyyətlər ləğv olunacaq - Suallar və Cavablar

İqtisadi açılış planının ikinci mərhələsi ilə nəzərdə tutulmş fəaliyyətlərin bir hissəsi 5 may tarixindən bərpa olunacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanıın baş naziri Qiorqi Qaxari bildirib.

Belə ki, 5 may tarixindən növbəti fəaliyyətlərə icazə verilir:

  • bütün tipli tikinti-təmir işləri;
  • tikinti materiallarının istehsalı və tikinti prosesinə nəzarətlə bağlı fəaliyyət;
  • Avtotexniki xidmətlər və avto yuma işləri;
  • Kutaisi və Batumiyə giriş-çıxış.

Gürcüstan höküməti tez-tez verilən sualların cavablarını yayır:

Tikinti işlərinin bir hissəsi ilə bağlı məhdudiyyətlərin ləğv olunmnası, tikinti materiallarının satışına aiddirmi?

Xeyr. Satışa sadəcə onlayn icazə verilir.

Komendant saatı zamanı Kutaisi və Batumi şəhərlərinə giriş-çıxışa icazə verilirmi?

Xeyr. Komendant saatı qüvvədə qalır.

Avtomobil hissələrinin ticarətinə icazə verilirmi?

Xeyr. Avtomobil hissələri ticarətinə sadəcə onlayn və texniki baxışın keçirildiyi yerdə icazə verilir, bu da əgər, avto texniki xidmətin həyata keçirilməsi üçün lazımi hissədirsə.

Avtomobillərin texniki xidmətlərinə icazənin verilməsi, motosikllərin, mopedlərin və velosipedlərin texniki ixdmətini də nəzərdə tuturmu?

Bəli.

Avtotexniki xidmət mərkəzləri və avto yuma işi ilə məşğul olan şəxslər tərəfindən müvafiq qaydaların (maskalar, dezinfeksiya vasitələri və s.) qorunması məcburidirmi?

Bəli.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər