GAİM aztəminatlı ailələrə yardımı davam etdirir - FOTO
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) aztəminatlı ailələrə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yardım etməyə davam edir.
InterPress.ge xəbər verir ki, COVID-19 pandemiyası ilə əlaqədar karantin dövründə sosial təcrid şəraitində yaşayan aztəminatlı və çoxuşaqlı ailələrə, ahıl insanlara dəfələrlə yardım edən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi bu dəfə Telavi rayonunun Qaracalar kəndində yaşayan 100 aztəminatlı ailəyə ərzaq bağlamaları paylayıb.
GAİM rəhbərliyi Telavi rayonunun meri Şota Nareklişviliyə məktub ünvanlayaraq humanitar aksiya barədə məlumat verib. Ərzaq dəstəyi kənd məscidi vasitəsilə həyata keçirilib.
Məscidin rəhbəri Veysəl Orucov Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinə (GAİM) təşəkkürünü bildirib.


