09 
May
2020
20:00
823

Tengiz Çerçvadze: "Son günlər ona işarə edir ki, səhv bir hərəkət etmədik"

"Son günlər ona işarə edir ki, səhv bir hərəkət etmədik, yığıncaqlar təşkil etmədik və vəziyyət nəzarət altında idi, yoluxma hallarının sayı artmamalıdır".

InterPress.ge xəbər verir ki, bu haqda Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Çerçvadze bildirib.

Pikin artıq keçib-keçmədiyi ilə bağlı suala cavab olaraq Çerçvadze qeyd etdi ki, bunu zəmanət verərək demək olmaz.

“Zəmanət verərək deyə bilmərəm, lakin, son günlər ona işarə edir ki, səhv bir hərəkət etmədik, yığıncaqlar təşkil etmədik və vəziyyət nəzarət altında idi. Həmin tendensiya davam edəcək və hal-hazırda davam edən mobilizasiya keyifyyəti də qalacaq. Güman ki, hazırda pikdir. Əgər artım olsa, sayı az olacaq. Əgər Bolnisi və Marneulidə yol verilən səhvlər təkrarlanmazsa, düşünürəm ki, koronavirusun birinci hücumuna qalib gəldik”, – deyə Tenqiz Çerçvadze bəyan edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər