Ölkədə mövsümi qripə qarşı peyvəndlərə başlanılıb
Ölkədə mövsümi qripə qarşı peyvəndlərə başlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, dövlət immunizasiya proqramı çərçivəsində Gürcüstan ÜST-nin tövsiyə etdiyi peyvəndlərdən biri olan “Abbott Biologicals B.V.” şirkətinin istehsalı olan dördkomponentli vaksini alıb. Peyvənd qrip mövsümündə dövriyyəyə buraxılması gözlənilən suşlara uyğunlaşdırılıb
“Dövlət proqramı çərçivəsində risk qruplarına qrip virusuna qarşı peyvənd vurulacaq.
Ölkədə qrip mövsümü üçün qripə qarşı peyvəndlərin aparılması məqsədilə aşağıdakı yüksək risk qrupları müəyyən edilib:
Şəkərli diabet xəstələri; dializ keçirən şəxslər; Hepatit C, HİV infeksiyası/AİDS və orqan transplantasiyası və kistik fibrozu olan insanlar.Həmçinin, 60 və daha yuxarı yaşlılar; hamilə qadınlar; ümumi təhsil müəssisələrinin (məktəblərin) müəllimləri; uşaq (o cümlədən kiçik ailə tipli) və qocalar üçün sığınacaqların benefisiarları və onların qayğıkeş heyəti; Məcburi vaksinasiyaya məruz qalan tibb işçiləri və s.
Noyabrın 4-dən mövsümi qripə qarşı peyvənd hər kəs üçün pulsuzdur.
Peyvəndləmə xidməti göstərən tibb müəssisələrində 6 aylıq yaşdan etibarən həyata keçirilir və benefisiarlar üçün tamamilə pulsuzdur.
Qurumlarla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: https://ncdc.ge/#/pages/content/666ecf18-b8a9-446b-8a9d-f48cfb1e6c22 ",- məlumatda qeyd olunub.


