
Dünyada ən çox satılan model bu avtomobil oldu - STATİSTİKA
Focus2move portalının məlumatına görə, Toyota RAV4 krossoveri bu il dünyada ən çox satılan avtomobil modeli olaraq reytinqə liderlik edir.
InterPress.ge xəbər verir ki, yeni elektromobillərin sayının artmasına baxmayaraq, ilk onluğa yalnız bir elektrikli model – Tesla Model Y daxil olub.
2025-ci ilin yanvar ayı üçün dünya üzrə ən çox satılan 10 model:
1️⃣ Toyota RAV4 – 73,907 ədəd (-11.4%)
2️⃣ Toyota Corolla – 70,822 ədəd (-26.4%)
3️⃣ Ford F-Series – 69,805 ədəd (+42.5%)
4️⃣ Tesla Model Y – 64,400 ədəd (-19.6%)
5️⃣ Honda CR-V – 53,492 ədəd (-25.2%)
6️⃣ Volkswagen Tiguan – 46,093 ədəd (+10.6%)
7️⃣ Chevrolet Silverado – 44,686 ədəd (-8.8%)
8️⃣ Hyundai Tucson – 44,623 ədəd (-9.8%)
9️⃣ Toyota Camry – 43,455 ədəd (-8.1%)
🔟 Kia Sportage – 39,333 ədəd (-7.7%)
Bu statistikaya əsasən, Toyota brendi hələ də bazarda liderliyini qoruyur və onun bir neçə modeli reytinqin ilk pillələrində qərarlaşıb.