14 
Okt
2025
11:24
885

“Nurlu yolun yolçusu” – Savalan Mirzəyevə həsr olunan kitab işıq üzü gördü

Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyevin həyat və fəaliyyətinə həsr olunan “Nurlu yolun yolçusu” adlı kitab işıq üzü görüb. 

InterPress.ge-nin məlumatına görə, Əsərin müəllifi yazar Maya Həsənovadır.

Maya Həsənova bildirib ki, kitabın yazılmasında əsas məqsədi Savalan Mirzəyevin şəxsiyyətini, mənəvi dəyərlərini və insan kimi örnək keyfiyyətlərini oxuculara çatdırmaq olub. Müəllifin sözlərinə görə, bu addımı atmaqla o, həm Savalan Mirzəyevin insani, ziyalı və xeyirxah tərəflərini ictimaiyyətə tanıtmaq, həm də onun həyat yolunu bir örnək kimi təqdim etmək istəyib.

Yazar qeyd edib ki, Savalan Mirzəyev kimi mədəni, qanacaqlı və mərd bir insanın həyat yolunu kitabla əbədiləşdirmək onun üçün həm mənəvi borc, həm də qürur mənbəyidir. O, kitabın adının şairə Nəsibə İsrafılqızının Savalan Mirzəyevə həsr etdiyi “Nurlu yolun yolçusu” adlı şeirdən götürüldüyünü də vurğulayıb.

Maya Həsənova sonda bildirib ki, “Nurlu yolun yolçusu” kitabı onun Savalan Mirzəyevə və onun timsalında insanlıq, dostluq və xeyirxahlığa olan dərin hörmətinin ifadəsidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər