16 
Okt
2025
11:44
291

Son 24 saat ərzində 47 nəfər saxlanıldı

Ölkə üzrə son 24 saat ərzində keçirilmiş genişmiqyaslı əməliyyat nəticəsində 47 nəfər narkotik cinayətlərinə görə saxlanılıb.

InterPress.ge xəbər veri ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin müavini Aleksandre Darağvelidze brifinq zamanı bildirib.

O, bildirib ki, saxlanılanların əksəriyyəti narkotik vasitələrin satışında, digərləri isə xüsusilə böyük miqdarda narkotik maddələrin qanunsuz əldə edilməsi, saxlanması, satışına cəhd və bu prosesə yardım etmədə ittiham olunur.

“Cinayətlər 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Əməliyyat Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən, Baş Prokurorluqla birlikdə, məhkəmənin qərarı əsasında həyata keçirilib. Saxlanılanlar arasında Gürcüstan və xarici ölkə vətəndaşları var,” – deyə Darağvelidze qeyd edib.

Onun sözlərinə görə, istintaq zamanı əldə edilən sübutlar, o cümlədən məhkəmənin qərarı ilə aparılmış gizli audio-video yazılar göstərir ki, saxlanılan narkosatıcılar müxtəlif üsul və yollarla narkotik maddələri sistematik şəkildə satırmışlar.

Polis tərəfindən saxlanılan şəxslərin evlərində, avtomobillərində və göstərdikləri ünvanlarda aparılan axtarışlar zamanı xüsusilə böyük miqdarda narkotik vasitələr müsadirə olunub. Onların arasında “heroin”, “metadon”, “alfa-PVP”, “suboksin”, “subotex”, “metamfetamin”, “haşiş”, “opium”, “marixuana” və “kannabis” bitkiləri olub.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı¹ və 260-cı² maddələri ilə aparılır.

“Narkotik cinayətkarlığına qarşı mübarizə siyasətimiz açıq və dəyişməzdir — qanunun bütün sərtliyi ilə cəzalandırılacaq hər kəs, kim ki vətəndaşlarımızın, xüsusən də gənclərin həyat və sağlamlığını təhlükə altına qoyur,” – deyə Aleksandre Darağvelidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər