17 
Okt
2025
11:49
490

Vətəndaşlara xəbərdarlıq: həyətdə yarpaq yandıranlar 500 lari məbləğində cərimələnəcəklər

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitin Nəzarəti Departamenti vətəndaşlara həyətdə toplanmış yarpaqları yandırmamağa çağırır. Qurumun məlumatına görə, bu qaydanı pozan şəxslər qanunla nəzərdə tutulmuş qaydada cərimə olunacaqlar.

InterPress.ge xəbər veri ki, bu barədə rəsçi qurum məlumat yayıb.

Nazirliyin yaydığı açıqlamada bildirilir ki, payız mövsümündə yarpaqların yandırılması hələ də geniş yayılmış zərərli vərdiş olaraq qalır:

“Yarpaq yandırılması zamanı ayrılan tüstü zəhərli maddələr ehtiva edir ki, bu da təkcə ətraf mühiti deyil, insanların sağlamlığını, xüsusilə də uşaqların sağlamlığını ciddi şəkildə zədələyir. Ətraf Mühitin Nəzarəti Departamenti payız aylarında bu istiqamətdə nəzarəti gücləndirir və vətəndaşlara müraciət edir – həyətlərdə toplanmış yarpaqları yandırmayın, qanuna uyğun hərəkət edin, əks halda cərimələnəcəksiniz.”

Məlumata əsasən, “Tullantıların idarə edilməsi haqqında” qanunun 35-ci maddəsinə görə, yarpaqların, bağ və park tullantılarının, habelə məişət tullantılarının açıq şəkildə və ya məqsədyönlü olmayan yanacaq qurğularında yandırılması 500 lari məbləğində cərimə ilə nəticələnəcək.

Nazirlik əlavə edib ki, ətraf mühitin çirklənməsinin azaldılması departamentin prioritetidir. Bu məqsədlə nəzarət qrupları ölkə üzrə 24 saatlıq patrul xidməti həyata keçirir və vətəndaşların “153” qaynar xəttinə daxil olan bütün müraciətlərinə dərhal reaksiya verilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər