25 
Okt
2025
12:02
323

İnterpolun “qırmızı xətti” ilə axtarılan 3 Türkiyə vətəndaşı saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları Interpolun “qırmızı axtarış siyahısı”nda olan üç Türkiyə vətəndaşını saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.

Nazirliyin açıqlamasına görə, saxlanılan şəxslər Türkiyə hüquq-mühafizə orqanları tərəfindən qəsdən adam öldürmə, qarət, azadlığın qanunsuz məhdudlaşdırılması, eləcə də narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışında iştirak ittihamı ilə beynəlxalq axtarışda olublar.

“DİN-in Acarıstan Polis Departamentinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində İnterpolun qırmızı axtarış siyahısında olan Türkiyə Respublikasının vətəndaşları – 1998-ci il təvəllüdlü M.T., 1993-cü il təvəllüdlü O.U. və 1975-ci il təvəllüdlü İ.Q. Batumidə müxtəlif vaxtlarda saxlanılıblar,” – deyə məlumatda bildirilir.

Məlumata əsasən, M.T. qəsdən adam öldürmədə, O.U. qarət və azadlığın qanunsuz məhdudlaşdırılmasında, İ.Q. isə narkotik və stimullaşdırıcı maddələrin satışı və ya paylanmasında təqsirli bilinərək axtarılırdı.

DİN bildirir ki, bu şəxslər Gürcüstan sərhədini onların axtarış elan olunmasından əvvəl keçmişdilər.

Hazırda saxlanılan şəxslər barəsində ekstradisiya prosedurları həyata keçirilir.

Bizimlə əlaqə saxlayın