28 
Okt
2025
11:35
323

Gürcüstanda miqrasiya qaydalarını pozan 5 əcnəbi saxlanılıb - SƏS

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və Sərhəd Polisi əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində Hindistan, Pakistan, Nigeriya və Nepal vətəndaşı olan ümumilikdə 5 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Nazirliyin məlumatına görə, həmin şəxslərin ölkədə qalmaq üçün heç bir hüquqi əsasları olmayıb. Onlar sığınacaq prosedurlarından sui-istifadə edərək illərlə ölkədə qanunsuz yaşayıblar.

Açıqlamada bildirilib ki, saxlanılan şəxslər onlara verilmiş ölkəni könüllü tərk etmək barədə qərarın icrası üçün müəyyən olunmuş müddətə də əməl etməyiblər. Bu səbəbdən Miqrasiya Departamenti onların saxlanılması barədə qərar qəbul edib.

Hazırda həmin şəxslər Miqrasiya Departamentinin Müvəqqəti Saxlanma Mərkəzinə yerləşdiriliblər və yaxın müddətdə mənsub olduqları ölkələrə geri göndəriləcəklər.

Bizimlə əlaqə saxlayın