30 
Okt
2025
14:28
448

Tbilisidə 13 yaşlı qıza qarşı əxlaqsız hərəkət edən və onun şəxsi görüntülərini əldə edən şəxs saxlanılıb

Gürcüstan Prokurorluğunun əməkdaşları şəxsi həyata dair məlumatların qanunsuz əldə olunması və saxlanılması, eləcə də 14 yaşına çatmamış şəxsə qarşı əxlaqsız hərəkət faktlarına görə bir nəfəri saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Prokurorluğun mətbuat xidməti yayıb.

Tbilisi Prokurorluğunun şəxsi həyata müdaxiləyə qarşı mübarizə idarəsinin apardığı istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs “Instagram” sosial şəbəkəsi vasitəsilə 13 yaşlı qızla yazışıbtəhdid və təzyiq yolu ilə onun intim xarakterli foto və videolarını əldə edib, icazəsiz saxlayıb. Şəxs bu materialların yayılması ilə qızı əlaqəni davam etdirməyə məcbur edib.

Prokurorluğun məlumatına görə, təqsirləndirilən şəxs yazışma zamanı minder yaşlıya seksual təmas təklif edib və bu mövzuda söhbətlər aparıb.

Hadisə barədə müraciət daxil olduqdan dərhal sonra istintaq başlanıb, zərərçəkmiş dindirilib, elektron cihazlar müsadirə olunub və oradan cinayəti sübut edən materiallar aşkarlanıb. Bundan sonra şəxs saxlanılıb.

Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin

  • 157¹-ci maddəsinin birinci hissəsi (şəxsi həyata dair məlumatların qanunsuz əldə olunması və saxlanılması)

  • 141-ci maddənin ikinci hissəsinin “v” bəndi (böyüklərin, 14 yaşına çatmamış şəxsə qarşı əxlaqsız hərəkəti) ilə ittiham irəli sürülüb.

Bu maddələrə görə, 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Prokurorluq məhkəməyə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün vəsatət təqdim edib.

Məlumatda vurğulanır ki, Gürcüstan Prokurorluğu bu kimi cinayətləri törədən şəxslərə qarşı sərt cinayət siyasəti həyata keçirir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər