03 
Nybr
2025
13:51
342

Gürcüstanda 7 noyabra qədər olan hava şəraiti açıqlandı

Gürcüstanın Ətraf Mühitin Milli Agentliyi ölkə ərazisində yaxın günlər üçün gözlənilən hava şəraiti barədə məlumat verib.

InterPress.ge xəbər verir ki, qurumun məlumatına görə, 7 noyabra qədər ölkədə hava nisbətən isti və əsasən yağıntısız olacaq.

Agentliyin məlumatına əsasən, 4 noyabrda Kolxeti düzənliyində və Yuxarı İmeretidə şərq küləyi güclənəcək.

Paytaxtda yağış gözlənilmir. Gün ərzində havanın temperaturu +17, +19°C olacaq.

Qara dəniz sahil rayonları Batum, Kabuleti, Anakliya və Potidə Hava isti və yağıntısız olacaq. Günorta temperatur +19, +21°C təşkil edəcək.

Qərbi Gürcüstanın düzənlik əraziləri Zestafon, Kutaisi, Samtredia, Zuqdidi, Martvili və Ozurgetidə Hava isti və yağıntısız olacaq. 4 noyabrda bəzi yerlərdə şərq istiqamətli güclü külək əsəcək. Temperatur +21, +23°C təşkil edəcək.

Qərbi Gürcüstanın dağlıq rayonları Ambrolauri, Oni, Çageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımında Hava isti və yağıntısız olacaq. 4 noyabrda bəzi ərazilərdə şərq küləyi güclənəcək. Temperatur +20, +22°C təşkil edəcək .

Qərbi Gürcüstanın yüksək dağlıq əraziləri Mestia, Baxmaroda Hava yağıntısız olacaq. 4 noyabrda bəzi yerlərdə şərq küləyi güclü olacaq. Temperatur +16, +18°C təşkil edəcək.

Kartli regionunun Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Çixinvali şəhərlərində Əsasən yağıntısız hava gözlənilir. Temperatur +17, +19°C təşkil edəcək.

Kaxeti regionun Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Qvareli, Axmeta, Dedoplisçkaro rayonlarında Hava əsasən yağıntısız olacaq. Temperatur +16, +18°C təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonları Axalçixe, Borjomi, Duşeti, Tianeti, Pasanuridə: Hava əsasən yağıntısız olacaq. Temperatur +15, +17°C təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonları Axalkalaki, Zalqa, Bakuriani, Qudauri, Omaloda Hava əsasən yağıntısız olacaq. Temperatur +9, +14°C təşkil edəcək.

Agentlik bildirir ki, ölkə ərazisində sabit, isti və yağışsız hava şəraiti 7 noyabra qədər davam edəcək.

Bizimlə əlaqə saxlayın