Parlament sürücülük vəsiqələri ilə bağlı qanunvericilik dəyişikliklərini üçüncü oxunuşda təsdiqlədi
Parlament sürətləndirilmiş qaydada baxdığı qanunvericilik dəyişikliklərini üçüncü oxunuşda 89 səslə, yekdilliklə qəbul edib.
InterPress.ge xəbər verir ki,dəyişikliklər sürücülük vəsiqələri ilə bağlıdır.
"İnzibati Xətalar Məcəlləsi”nə edilən yekun dəyişikliklərə əsasən, 2025-ci il 16 dekabr tarixinədək inzibati xəta törətmiş şəxslərə sürücülük vəsiqələri geri qaytarılacaq. Söhbət polis tərəfindən “İnzibati Xətalar Məcəlləsi”nin 45-ci, 451-ci, 1151-ci, 116-cı və 123-cü maddələri ilə nəzərdə tutulan xətalara görə idarəetmə hüququ dayandırılmış sürücülərdən gedir.
Dəyişikliklərin əsas yeniliklərindən biri isə idarəetmə hüququnun vaxtından əvvəl bərpası və sürücülük vəsiqəsinin müddət bitmədən geri qaytarılması imkanının ləğv edilməsidir.
Qanuna görə, aşağıdakı inzibati xətaları törədən şəxslər idarəetmə hüququnun vaxtından əvvəl bərpasından yararlana bilməyəcəklər: sürücünün nəqliyyat vasitəsini idarə edərkən narkotik vasitələrin, psixotrop və ya yeni psixoaktiv maddələrin təsiri altında olub-olmadığının müəyyən edilməsi üçün yoxlamadan yayınması; nəqliyyat vasitəsini alkoqollu sərxoşluq vəziyyətində idarə etməsi və bununla bağlı digər inzibati xətalar; yol-nəqliyyat hadisəsi yerini tərk etməsi və ya polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinə tabe olmaması.


