Marneulidə restoranda mübahisə yaralanma ilə nəticələndi - Bir nəfər saxlanılıb (VİDEO)
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları 1993-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş E.Q.-ni sağlamlığa qəsdən yüngül zərər vurma ittihamı ilə saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
İstintaqın müəyyən etdiyi məlumata görə, hadisə Marneuli şəhərində yerləşən restoranlardan birində baş verib. Qarşılıqlı mübahisə zəminində E.Q. küt alətdən istifadə edərək 1986-cı il təvəllüdlü A.M.-yə bədən xəsarətləri yetirib. Zərərçəkmiş kişi xəstəxanaya yerləşdirilib və ona müvafiq tibbi yardım göstərilib.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində E.Q. hadisədən dərhal sonra isti izlərlə saxlanılıb və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə aparılır. Sözügedən maddə iki ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


