26 
Dek
2025
12:44
257

Tbilisi hava limanında psixotrop maddə qaçaqmalçılığı ilə bağlı İsrail vətəndaşı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları narkotik cinayəti üzrə xarici ölkə vətəndaşını saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.

Nazirliyin məlumatına görə, xüsusilə külli miqdarda psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanması və Gürcüstan ərazisinə qanunsuz gətirilməsi ittihamı ilə İsrail vətəndaşı, 2003-cü il təvəllüdlü H.A. tutulub. Bildirilib ki, **Tbilisi Beynəlxalq Hava Limanı**nda aparılan istintaq tədbirləri, o cümlədən sərnişinin baqajına baxış zamanı maddi sübut kimi 3 080 ədəd “Pregabalin” adlı psixotrop həbin aşkar edilərək götürüldüyü müəyyən edilib.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 261-ci və 263-cü maddələri ilə aparılır. Sözügedən maddələr 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın