"Gürcüstan Şahmat Federasiyası"nın reytinq yarışlarında "Tea House" şahmatçıları iştirak edib
23-26 dekabr 2025-ci il tarixində Tbilisidə keçirilən "Gürcüstan Şahmat Federasiyası"nın reytinq yarışlarında "Tea House" şahmatçıları dörd nəfərlə iştirak ediblər.
InterPress.ge xəbər verir ki, yarışda Gürcüstandan 8-10 və 12 yaşlarında 71 nəfər reytinqli şahmatçılar iştirak ediblər.
10 və 12 yaşlıların qrupunda mübarizə aparan "Tea House" şahmatçılarından Amar Nəsibov 4 balla 9-cu, Rafael Bayramov 3 balla 14-cü, Ayxan Əsgərov 3 balla 17-ci yerdə gərarlaşdılar. 10 yaşlıların qrupunda mübarizə aparan Timur Kələyev sağlamlıqla bağlı yarışı dayandırmalı olub.
Bundan əlavə 27-28 dekabr tarixində keçirilən dərəcə yarışlarında "Tea House" yeniyetmə şahmatçısı Rafael Bayramov II dərəcə uğrunda yarışda III yerə layiq görülüb. Şahmatçılar yarışda Qasım Əliyevin məşqçiliyi altında çıxış ediblər.
.png)
.png)


