28 
Dek
2025
20:50
218

Aksiyaların fəal iştirakçısı Teona Bağdavadzənin Rusiyanın “Vayldberiz” şirkəti ilə əməkdaşlığı üzə çıxıb

Kommunikasiya üzrə mütəxəssis, etiraz aksiyalarının fəal iştirakçısı olan Teona Bağdavadzənin Rusiya şirkəti “Vayldberiz” ilə əməkdaşlıq etdiyi məlum olub.

InterPress.ge xəbər verir ki, Bağdavadzənin  gizlətdiyi bu məlumat “Post TV”nin araşdırma reportajında üzə çıxıb.

Telefon danışığı zamanı özünü “proAvropa” aksiyalarının tərəfdarı kimi təqdim edən Bağdavadzə ilə Rusiya şirkəti arasındakı əlaqəni “Vayldberiz Gürcüstan”ın əməkdaşı da təsdiqləyib. Həmin əməkdaş Bağdavadzənin Rusiya biznes şirkəti ilə əməkdaşlıq edən şəxs kimi əlaqə məlumatlarını jurnalistə təqdim edib.

Bağdavadzə isə özünü reklam şirkətinin nümayəndəsi kimi təqdim edən jurnalistlə telefon danışığında Yeni il reklamı ilə bağlı məsələləri onun əməkdaşlarının həll etdiyini bildirib.

“Gəlin, nömrənizi ötürüm, autsorsda çalışan əməkdaşlarımdan biri bu mövzu üzərində işləyir və sizinlə o əlaqə saxlayacaq, çünki konkret olaraq reklam mənə aid deyil”, – deyə Teona Bağdavadzə jurnalistə bildirib.

Qeyd edək ki, Teona Bağdavadzə ictimaiyyətlə əlaqələr üzrə “Key Agency” agentliyinin sahibidir. Agentliyin əməkdaşı Rima Saruxanyan Bağdavadzə ilə jurnalistin danışığından qısa müddət sonra jurnalistlə əlaqə saxlayaraq özünü Gürcüstanda “Vayldberiz”in PR nümayəndəsi kimi təqdim edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər