“Oğru dünyası” işi üzrə 12 nəfər təqsirli bilinib
Prokurorluğun təqdim etdiyi sübutlar əsasında Ozurgeti Rayon Məhkəməsi “qanuni oğru”, “oğru dünyasının” üzvlüyü, “oğru dünyasının” fəaliyyətinin dəstəklənməsi, eləcə də “qanuni oğruya” və “oğru dünyasının üzvünə” müraciət ittihamları ilə mühakimə olunan 12 nəfəri təqsirli bilib.
InterPress.ge xəbər veri ki, bu barədə məlumatı Prokurorluq yayıb.
Məlumata görə, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla müəyyən edilib ki, xaricdə olan “qanuni oğru” “oğru dünyasının” üzvləri və bu qurumu dəstəkləyən şəxslərin fəaliyyətini idarə və təşkil edib.
“Oğru dünyasının” üzvləri maddi gəlir əldə etmək məqsədilə Quriya bölgəsində vətəndaşlar arasında mövcud maliyyə mübahisələrinin hədə-qorxu, “oğru araşdırması” və kriminal təsirdən istifadə etməklə həllini həyata keçirib, “oğru kassası” üçün pul toplayıb, həmçinin “oğru dünyasının” üzvləri ilə münaqişədə olan şəxslərə qarşı fiziki zorakılıq törədiblər.
Loo
Məhkəmə prokurorluğun təqdim etdiyi sübutları tam şəkildə qəbul edib. “Qanuni oğru” ittihamı iləö mühakimə olunan şəxsə qiyabi olaraq 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. “Oğru dünyasının” üzvlüyündə təqsirli bilinən 4 nəfərdən biri 9 il, digər 3 nəfər isə 8 il müddətinə azadlıqdan məhrum edilib. “Oğru dünyasının” fəaliyyətinin dəstəklənməsi ittihamı ilə mühakimə olunan 3 şəxsə 3 il 6 ay, “qanuni oğruya” və “oğru dünyasının üzvünə” müraciət ittihamı ilə mühakimə olunan 4 şəxsə isə 3 il 6 ay müddətinə həbs cəzası təyin olunub.
Prokurorluq bildirib ki, bu kateqoriyadan olan cinayətlər üzrə təqsirli şəxslərə qarşı sərt cinayət-hüquqi siyasət yürüdülür və bu yanaşma gələcəkdə də davam etdiriləcək.


