29 
Yan
2026
12:09
149

DİN yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmiş əxlaqsız hərəkətlər faktı üzrə istintaqa başlayıb

Gürcüstan Daxili İşlər Nazirliyi yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilmiş əxlaqsız hərəkətlər faktı ilə bağlı istintaq başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. 

Mövcud məlumata görə, hadisədə şübhəli bilinən şəxs taksi sürücüsüdür.

Nazirliyin məlumatına əsasən, fakt üzrə araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 141-ci maddəsinin birinci hissəsi ilə aparılır. Sözügedən maddə zorakılıq tətbiq edilmədən, təqsirləndirilən şəxsin əvvəlcədən bilməklə 16 yaşına çatmamış şəxsə qarşı törətdiyi əxlaqsız hərəkətləri nəzərdə tutur.

İstintaq davam edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər