15 
Iyl
2026
11:14
311

Ağır yol qəzasında 19 yaşlı qız həyatını itirdi

Kaspi–Kavtisxevi avtomobil yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi 19 yaşlı qızın ölümü ilə nəticələnib.

InterPress.ge xəbər verir ki, mövcud məlumata əsasən, avtomobili idarə edən sürücü nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil yoldan çıxaraq torpaq təpəsinə çırpılıb.

Hadisə zamanı avtomobildə olan 19 yaşlı qız aldığı xəsarətlərdən həyatını itirib.

Gürcüstan Daxili İşlər Nazirliyindən "İnterpressnews"a bildirilib ki, avtomobilin sürücüsü saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaq aparılır. Həmin maddə nəqliyyatın hərəkət və ya istismar qaydalarının pozulması nəticəsində insan ölümünə səbəb olmanı nəzərdə tutur və 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər