20 
Okt
2023
11:22
579

Bu il qanunsuz əczaçılıq fəaliyyəti ilə bağlı 258 fakt aşkar edilib

Bu il Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyi tərəfindən 62 aptekdə qanunsuz əczaçılıq fəaliyyəti ilə bağlı 258 fakt aşkar edilib.

InterPress.ge xəbər verir ki, Tibbi və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyindən verilən məlumata görə, yoxlama nəticəsində əczaçılıq müəssisələrinin psixotrop vasitələrin icazəsiz və reseptsiz satışı ilə məşğul olması müəyyən edilib.

“Görülən tədbirlər nəticəsində tənzimləyici qurum tərəfindən apteklərdən 11 341 684 ədəd psixotrop dərman vasitəsinin reseptsiz satışı faktı aşkar edilib. Agentlik psixotrop dərmanların satışına icazəsi olmayan həmin apteklərdən 97 753 ədəd psixotrop vasitəni yığışdırıb.

Aşkar edilmiş qanun pozuntuları ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə göndərilib. Bundan başqa, Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyi icazəsi olan 14 aptekdən 8-nin icazəsini ləğv edib, 12 əczaçının isə işləmək hüququnu 3 il müddətinə dayandırıb.

Yuxarıda qeyd olunan qanunsuz əczaçılıq fəaliyyəti pozuntunun ağırlığından asılı olaraq 6000-16000 lari məbləğində cərimə edilir. Həmçinin qanun pozuntusu ilə bağlı məlumat Maliyyə Nazirliyinin istintaq xidmətinə göndərilib”, - məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın