
Milyonlarla Gürcüstan vətəndaşının şəxsi məlumatı sızdı
Gürcüstan vətəndaşlarının şəxsi məlumatlarının bazası Cloud platformasında yerləşdirilib və sonra gözlənilmədən silinib.
InterPress.ge xəbər verir ki, bu barədə Cybernews nəşri məlumat verib.
Sözü gedən məlumat bazasını kibertəhlükəsizlik üzrə mütəxəssis Bob Diaçenko aşkar edib.
Baza Almaniyada yerləşən Cloud xidmət provayderinin serverində saxlanılıb və təxminən 5 milyon insanın şəxsi məlumatlarını, 7 milyon telefon zənginin qeydini və 1,45 milyon avtomobil sahibinin məlumatlarını ehtiva edirdi.
Məlumatlar arasında şəxsiyyət vəsiqəsi nömrələri, ad və soyadlar, doğum tarixləri, cins, sığorta nömrələri, telefon nömrələri və digər məlumatlar da var.
Bob Diaçenkonun sözlərinə görə, məlumatlar müxtəlif mənbələrdən, o cümlədən hökumət və kommersiya bazalarından toplana bilər. Sızmış məlumatlar siyasi və ya cinayətkar məqsədlər üçün istifadə oluna bilər.