19 
Avq
2025
13:40
284

Gürcüstanın hava limanlarından istifadə edən sərnişinlərin sayı artıb

2025-ci ilin II rübündə ölkənin hava limanları ümumilikdə 2,1 milyon sərnişinə xidmət göstərib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17,7% çoxdur.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidmətinin (Sakstat) məlumatında qeyd olunub.

Rəsmi məlumata əsasən, hesabat dövründə hava limanlarına gələn sərnişinlərin sayı 1,1 milyon nəfər olub (17,4% artım), hava limanlarından uçan sərnişinlərin sayı isə 1,0 milyon nəfərə çatıb (18,1% artım).

Statistikaya görə, sərnişin axınının 95,1%-i müntəzəm reyslərin payına düşüb. Bu müddətdə Gürcüstan hava limanlarından ümumilikdə 8,6 min sərnişin reysi həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövründən 12,8% çoxdur.

2025-ci ilin II rübündə hava limanları vasitəsilə daşınan yük və poçtun həcmi 9,0 min ton təşkil edib. Bunun 92,2%-i ölkəyə daxil olan, 7,8%-i isə göndərilən yüklər və poçt olub. Həmçinin 0,9 min yük reysi həyata keçirilib ki, bu da ötən ilin göstəricisindən 86,9% çoxdur.

Hesabat dövründə Gürcüstanın hava nəqliyyatı ilə 172,6 min sərnişin daşınıb ki, bu da 2024-cü ilin eyni rübündən 1,5% çoxdur. Yüklərin daşınması isə əksinə, 18,6% azalaraq 38,2 min ton təşkil edib.

Bizimlə əlaqə saxlayın