04 
Iyn
2023
09:31
550

Parkinq qaydalarının pozulmasına görə yazılan cərimələrin məbləği artıb

2023-cü ilin 4 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə paytaxtda parkinqlərə görə yazılan cərimələrin məbləği demək olar ki, 269% və ya 4 dəfəyə yaxın artıb.

InterPress.ge xəbər verir ki, Gürcüstanın vahid büdcəsinin daxilolmalarına əsasən (konsolidasiya edilmədən) 2023-cü ilin yanvar-aprel aylarında paytaxtda parkinq qaydalarının pozulmasına görə yazılan cərimələrdən büdcəyə 4,801 milyon lari daxil olub - 2022-ci ilin eyni dövründə bu rəqəm 1,299 milyon lari olub.

Bundan başqa, sanksiyalardan və cərimələrdən büdcəyə daxil olan vəsaitlərin həcmi də artıb. Maliyyə Nazirliyinin məlumatına görə, 4 ayda büdcəyə sanksiyalar, faizlər və cərimələrdən 109 087 milyon lari daxil olub, əvvəlki ilin müvafiq dövründə bu rəqəm 74 797 lari olub.

Məlumat üçün bildirək ki, ötən ilin payızından parkinq qaydalarının pozulmasına görə cərimələr artıb, ona görə də həcm artımı qismən də bu dəyişikliklə bağlıdır.

Bizimlə əlaqə saxlayın