07 
Avq
2023
20:55
360

İsveçrədə oğurluq edən 3 gürcü saxlanılıb

İsveçrənin Baden şəhərində “Spar” supermarketindən siqaret oğurlayan 3 gürcü tutulub.

InterPress.ge xəbər verir ki, bu barədə İsveçrə İstintaq xidməti məlumat verib.

 Məlumata görə, supermarketin kassiri oğurluqla əlaqədar  polisə müraciət edib. Onun sözlərinə görə, bir gürcü onun fikrini yayındırıb, digər iki nəfər isə bir neçə blok siqareti oğurlayıb.

Polis əvvəlcə mağazanın yaxınlığında olan 26 yaşlı gürcüstan vətəndaşını saxlayıb. Cinayəti törədən digər iki nəfər isə bir saat ərzində polis tərəfindən saxlanılıb.

İsveçrə İstintaq xidmətinin məlumatına görə, onlar bir neçə yüz İsveçrə frankı dəyərində siqaret oğurlayıblar.

Hazırda İsveçrə hüquq-mühafizə orqanları tərəfindən bu qrupun digər cinayətlərlə əlaqəsinin olub- olmadığı araşdırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər