28 
Nybr
2023
20:21
1196

Məktəb gözətçilərinin, təmizlikçilərin və texniki işçilərin maaşları artacaq

"Mən təmizlikçilərin, texniki işçilərin, gözətçilərin maaşlarını ətraflı bilirəm - bu insanlara söz verə bilərəm və onlara deyə bilərəm ki, 2024-cü ildə texniki işçilər üçün ciddi maaş artımı olacaq".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın təhsil və elm naziri Qiorqi Amilaxvari “Nazir saatı” formatında deputatların sualına cavab olaraq bildirib.

Nazirin sözlərinə görə, qeyd olunan istiqamətdə tam hazırlıq var və büdcə hazırlanıb.

"Elə məktəblər var ki, təəssüf ki, maaş 160-170 laridir. Orada 40% artım edə bilərik, amma böyük məktəblərin olduğu və maaşın yüksək olduğu yerlərdə məncə, 10% yox, ən azı 20% artım olacaq. Mən bu insanlara söz verə bilərəm və onlara deyə bilərəm ki, 2024-cü ildə texniki işçilər üçün çox ciddi maaş artımı olacaq. Biz tam hazırıq və büdcə də hazırlanıb”, - deyə nazir bildirib.

Bizimlə əlaqə saxlayın