15 
Okt
2025
19:54
237

Gürcüstanda çörəyin bəzi növləri 10 tetri bahalaşdı

Gürcüstanda bəzi çörək növlərinin qiyməti artıb. Bir marketlər şəbəkəsində 530 qramlıq çörəyin qiyməti 1.20 lari əvəzinə 1.30 lari, 410 qramlıq çörəyin isə 1 laridən 1.10 lariyə yüksəldiyi bildirilir.

“Gürcüstan Çörək İstehsalçıları Birliyinin” sədri Malxaz Dolize “BusinessPressNews”a açıqlamasında bildirib ki, bu artım yalnız bir zavodun istehsal etdiyi, ən ucuz çörək növünə aiddir və həmin məhsul yalnız bir ticarət şəbəkəsində satılır. Onun sözlərinə görə, bəzi qeyri-şəbəkə marketlər isə bu xəbəri eşidən kimi özbaşına bütün çörəklərin qiymətini artırıblar.

“Çörək ümumilikdə bahalaşmayıb. Yalnız bir zavod bir növdə qiyməti dəyişib. Bahalaşma o vaxt olur ki, bu, kütləvi şəkildə baş verir. Bu, sadəcə bir növ çörəyə aiddir. Fəqət, bəzi kiçik marketlər bunu eşidən kimi qiymətləri özbaşına qaldırıblar. Halbuki bu, yanlış təəssürat yaradır,” – deyə Dolize bildirib.

O qeyd edib ki, bahalaşmanın səbəbi unun qiymətinin artmasıdır – hazırda bir kisə un 60 lariyə satılır, ötən il isə 50 lari idi.

Sualla bağlı, digər çörək növlərində də bahalaşmanın gözlənilib-gözlənilmədiyi barədə Dolize deyib ki, yeni artımlar planlaşdırılmır.

“Yalnız bir növdə qiymət dəyişib. Həmin 10 tetris artımdan 7 tetri zavoda, 3 tetri isə mağazaya qalır. Digər növlərdə qiymət artıq əvvəlcədən müəyyən edilmişdi, çünki qablaşdırma, doğrama və əmək xərcləri nəzərə alınmışdı. Bu çörək isə ən ucuz idi və həmin amillər qiymətə daxil edilməmişdi,” – deyə Malxaz Dolize əlavə edib.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər